SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
“Aqrar İnnovasiya və Təchizat Şirkəti” I yarımilim maliyyə hesabatını verib

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” I yarımilim maliyyə hesabatını verib

  • 25 avqust 2026, 15:57

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə hesabatını açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında cəmi 24 min manat xalis mənfəət əldə edib (ötən ilin eyni dövrünü 0,5 milyon manat zərərlə başa vurmuşdu).

Bu il iyulun əvvəlinə “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nin aktivləri ötən il iyulun əvvəlinə nisbətən 7,4% çox - 17,5 milyon manat, o cümlədən öhdəlikləri 16 milyon manat (10,35% çox), balans kapitalı isə 1,5 milyon manat (16,45%) az olub.

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” 2019-cu ildə yaradılıb, 200 min manat nizamnamə kapitalına malikdir. Afaq Məcidovaya məxsus şirkət Azərbaycanın aqrar sektorunu gübrə və kənd təsərrüfatı istehsalı vasitələri ilə təmin edən əsas şirkətlərdən biridir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları