SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Assosiasiya və fond rəhbəri nazirə müşavir gətirildi

Assosiasiya və fond rəhbəri nazirə müşavir gətirildi

  • 10 sentyabr 2026, 18:38

Kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən Ramil Əzməmmədov nazirlikdə rəhbərliyə yaxın yeni vəzifə tutub.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov özünə yeni müşavir təyin edib.

Nazir bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ramil Əzməmmədov nazirin müşaviri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, R.Əzməmmədov eyni zamanda bu ilin may ayından Aqrar Sığorta Fondunun Apellyasiya Şurasının sədridir. Həmçinin Azərbaycan Tingçilər Assosiyasının İdarə Heyətinin sədridir, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiyasının İdarə Heyətinin üzvüdür.

R.Əzməmmədov həm də “Grand-Agro İnvitro” MMC-nin rəhbəridir.

Skat.az - Ev və Avtomobil elanları