SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Aqrar Sığorta Fondu ali auditdən “üzüqara çıxdı”

Aqrar Sığorta Fondu ali auditdən “üzüqara çıxdı”

  • 11 sentyabr 2026, 17:13

Hesablama Palatası Aqrar Sığorta Fondunda nöqsanlar aşkar edib.

Bu barədə Yurd.Media-ya Palatadan bildirilib.

Məlumata görə, qurumda keçirilmiş növbəti kollegiya iclasında auditor Cavid Bayramovun təqdim etdiyi “Aqrar sığorta fəaliyyətinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə olunub.

İclasda kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov və digər məsul şəxslər iştirak ediblər. Onlar auditin nəticələrinin aidiyyəti sahədə fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcəyini vurğulayaraq, irəli sürülən təklif və tövsiyələrin nəzərə alınacağını qeyd ediblər.

Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurumun zəruri tədbirlər görməsinə dair qərar qəbul olunub.

Skat.az - Ev və Avtomobil elanları