SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Xızı və Abşeronda quşçuluq istehsalının artırılması müzakirə olunub

Xızı və Abşeronda quşçuluq istehsalının artırılması müzakirə olunub

  • 10 mart 2026, 20:21
Xızı

Xızı və Abşeron rayonlarında quşçuluqda istehsalının artırılması müzakirə olunub

Kənd Təsərrüfatı Nazirliyindən Yurd.Media-ya bildirilib ki, nazir Məcnun Məmmədov Xızı və Abşeron rayonlarında fəaliyyət göstərən quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub.

Əvvəlcə Xızı rayonunda yerləşən süfrə yumurtaları və ətlik quş əti istehsalı istiqamətində ixtisaslaşan iki şirkətə baş çəkən nazirə müəssisələrdə görülən işlər barədə məlumat verilib, quşçuluğun inkişafı, sənaye üsulu ilə quş əti istehsalında mövcud vəziyyət, istehsal prosesinin daha da təkmilləşdirilməsi, quş əti istehsalında müasir texnologiyaların tətbiqi məsələləri müzakirə edilib.

Daha sonra nazir Abşeron rayonu Zirə qəsəbəsində damazlıq yumurta istehsalı ilə məşğul olan quşçuluq müəssisəsinin və inkubator sexinin fəaliyyəti ilə tanış olub. Nazirə müəssisənin mövcud vəziyyəti, quşçuluq təsərrüfatlarında dayanıqlı istehsalın təmin edilməsi, məhsuldarlığın artırılması, istehsalda istifadə olunan texnoloji avadanlıqlar və istehsal olunan məhsullar barədə məlumat verilib.

Görüşlərdə quşçuluqda istehsalın və ixracının artırılması istiqamətində görülən işlər və atılacaq addımlar müzakirə olunub, istehsalda yeni texnika və müasir texnologiyaların tətbiq edilməsi, quşçuluqda düzgün yem norması və yemləmə standartlarının müəyyən edilməsinin məhsuldarlığa və xəstəliklərə davamlılığa göstərdiyi təsir, kəsim və emal proseslərində beynəlxalq tələblərə uyğunluğun vacibliyi, bu sahədə kadr potensialının gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları