2025-ci ildə Azərbaycanda balın 1 kiloqramının orta satış qiyməti 28,5 manat təşkil edib.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 0,1 manat və yaxud 0,35% azdır.
Hesabat dövründə mumun qiyməti 16,5 manatdan 17,7 manata, vərəmumun qiyməti 109,7 manatdan 135,3 manata, güləmin qiyməti140,9 manatdan 154,6 manata, arı südünün isə 1 qramının qiyməti 7 manatdan 6,8 manata dəyişib.