Bu il alça bağlarında meyvə yığımına hazırlıq görülmür, çünki məhsul çox azdır.
Yurd.Media xəbər verir ki, fermerlər ötən illərdə hər ağacdan orta hesabla 50 kiloqram meyvə götürürdülərsə, bu mövsüm cəmi iki-üç kiloqram olar, ya olmaz.
Fermerlər AzTV-yə bildirirlər ki, bu il məhsuldarlıq çox zəif olub və buna səbəb soyuq hava və yağışlardır.
Aprelin əvvəlində havaların istiləşməsi, daha sonra isə yağışların başlaması bağlara mənfi təsir edib. Alça tez çiçək açdığı üçün yağış tozlanmaya imkan verməyib.
Havanın yağıntılı keçməsi səbəbindən alça bağlarında xəstəlik də yayılıb. Nəticədə meyvələr elə vəziyyətə düşüb ki, onların bazara çıxarılması mümkün deyil. Subsidiya da ala bilməyən fermerlər ciddi ziyana düşdüklərini qeyd edirlər.