SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Qeyri-sabit havanın kənd təsərrüfatına vurduğu zərər hesablanır

Qeyri-sabit havanın kənd təsərrüfatına vurduğu zərər hesablanır

  • 03 aprel 2026, 18:48

Qeyri-sabit havanın kənd təsərrüfatına vurduğu zərərin hesablanmasına başlanılır.

Aqrar Sığorta Fondundan (ASF) Yurd.Media-ya bildirilib ki, son günlər yağmış güclü yağışlardan sonra ölkənin bir sıra bölgələrindən zərər müraciətləri daxil olmağa başlayıb.

Qurumun İdarə Heyətinin üzvü Roman Əmircanov bildirib ki, müraciətlər Xaçmaz, Şabran, Quba, Qusar, Siyəzən, Şamaxı, Ağsu, Qobustan, Ağcabədi və sair rayonlardan daxil olur:

"Müraciətlər qeydə alınır, hadisənin araşdırılması və dəymiş zərərlərin hesablanması üçün ərazilərə aqrar sığorta ekspertləri göndərilir".

R.Əmircanov xatırladıb ki, Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış ASF bitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını sığortalayır: "Fermerlərə dəstək məqsədilə sığorta haqqının yarısını dövlət ödəyir, nəticədə cüzi məbləğlə təsərrüfatları və əkin sahələrini sığortalamaq mümkündür".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları