İrandan gətirilən bitkilər üçün kimyəvi maddələrin keyfiyyətsiz olduğu üzə çıxdı.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yurd.Media-ya bildirilib ki, İrandan Azərbaycana idxal olunan 12 028 kiloqram pestisiddə uyğunsuzluq aşkarlanıb.
Bildirilib ki, "Emulsifiable Oil Aria 80% L" əmtəə nişanlı pestisid məhsulundan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Sınaq nəticəsində təsiredici maddənin (mineral yağ) miqdarı normadan aşağı müəyyən edilib.
Uyğunsuzluqla əlaqədar məhsullar mənşə ölkəsinə geri qaytarılıb.