Bu ilin yanvar-fevral aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 93,1 min ton ət, 321,3 min ton süd, 362,2 milyon ədəd yumurta istehsal edilib.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 2% artıb, süd istehsalı 0,4%, yumurta istehsalı isə 3,3% azalıb.