SÜJET

Bank Ramazan 2026 Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Nazirlik: Azərbaycanda akvakultura əsasən ənənəvi nohur tiplidir

Nazirlik: Azərbaycanda akvakultura əsasən ənənəvi nohur tiplidir

  • 16 mart 2026, 14:58

Azərbaycanda akvakultura əsasən ənənəvi nohur tipli balıqçılıq təsərrüfatları üzərində formalaşıb və bu təsərrüfat modeli ölkənin müxtəlif regionlarında geniş yayılıb.

Bu barədə Yurd.Media-ya Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Bununla belə, qurum bəyan edib ki, son illərdə akvakultura sektorunda yeni texnologiyaların tətbiqi istiqamətində müəyyən inkişaf müşahidə olunur.

Xüsusilə son 5-6 il ərzində qapalı su dövriyyəli sistemlər (RAS – Recirculating Aquaculture Systems) əsasında fəaliyyət göstərən yeni təsərrüfatların yaranması tendensiyası formalaşmağa başlayıb.

Artıq ölkədə onlarla belə təsərrüfat fəaliyyət göstərir və ya yaradılır. Bu sistemlər xüsusilə intensiv istehsal, su resurslarından daha səmərəli istifadə və texnoloji innovasiyaların tətbiqi baxımından yeni imkanlar yaradır.

Balıqçılıq təsərrüfatlarının inkişafını dəstəkləmək üçün müxtəlif iqtisadi alətlər, o cümlədən subsidiya mexanizmlərinin tətbiqi istiqamətində müvafiq təşəbbüslər və proqramlar planlaşdırılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları