SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
“Şirvan Aqro”nun gömrük bəyannaməsi dərdi - Yenə CƏRİMƏLƏNDİ

“Şirvan Aqro”nun gömrük bəyannaməsi dərdi - Yenə CƏRİMƏLƏNDİ

  • 18 mart 2026, 11:36
Şirvan

“Şirvan Aqro” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) gömrük qaydalarını pozub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində inzibati protokol yazılıb.

Belə ki, “Kürdəmir” gömrük postundan 2025-ci il aprelin 1-də Niderlanddan “Şirvan Aqro”nun ünvanına gömrük bəyannamələri ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilən mallarla bağlı qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi faktına dair araşdırma aparılıb.

Müəyyən edilib ki, gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərlə bağlı idxalatçı MMC-nin adından qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl verilməyib.

Aqroşirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati protokol yazılıb, Səbail Rayon Məhkəməsinin qərarı ilə 1500 manat cərimə edilib.

Xatırladaq ki, “Şirvan Aqro” analoji cəza ilə 2024-cü ildə də qarşılaşmışdı. Həmin vaxt yuxarıda qeyd olunan cərimənin eynisi ilə bağlı Xətai Rayon Məhkəməsi qərar çıxarmışdı.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları