Yurd.Media xəbər verir ki, Kür çayının Samux rayonundan keçən hissəsində suyun səviyyəsi artması nəticəsində bir sıra problemlər qeydə alınıb.
Rayonunun Qaraağaclı kəndində, Qarasaqqal adlanan ərazidə 200 hektara yaxın taxıl sahələri su altında qalıb.
İmişli rayonunun da bir neçə kəndində pay və bələdiyyə torpaq sahələrinin su altında qalıb.
Rayonun Əlyetməzli kəndinə aid 35 hektar, Məmmədli kəndinə məxsus 5,62 hektar pay torpaq sahəsi, həmçinin Məmmədli bələdiyyəsinin mülkiyyətində olan 11 hektar əkin sahəsi suların təsirinə məruz qalıb.
Su altında qalan nəqliyyat yolunda hərəkətin bərpası məqsədilə əraziyə su boruları yerləşdirilib, suyun axını tənzimlənib və vətəndaşların torpaq sahələrinə təhlükəsiz keçidi təmin olunub.