Masallıda istixanalarda əkilən pomidorlardan daha çox xarici ölkələrdən gətirilən növlərə üstünlük verilir.
Yurd.Media xəbər verir ki, təsərrüfat sahibləri məhsulun bol olduğunu bildiriblər.
"AzTV"-yə danışan mütəxəssis Sakit Məmmədov xarici növlərin üstünlük təşkil etdiyini bildirib:
"Əsasən xarici növlərə üstünlük verilir. Çünki onlar daha davamlı və məhsuldar olurlar. Artıq 5 aydır pomidor əkmişik. Açıq hava ilə örtük altında olan sahənin fərqi ondan ibarətdir ki, örtük altında ilin bütün fəsillərində bu məhsulu yetişdirmək mümkündür".
Qeyd edək ki, fermerlərin əsas məqsədi gələcəkdə müasir texnologiyadan geniş istifadə ilə açıq sahələrdə məhsuldarlığı artırmaqdır.