Azərbaycanda kənd təsərrüfatında çalışanların sayının ümumi əhali sayına nisbətinin azalması gözlənilir.
Yurd.Media xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən "Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər" mövzusunda ictimai dinləmədə bildirib.
O qeyd edib ki, bu, inkişaf etmiş ölkələr üçün xarakterik olan normal prosesdir:
"Məsələn, Niderland, İsrail və ABŞ kimi ölkələrin təcrübəsinə baxsaq görərik ki, məşğul əhalinin cəmi 1-2 %-i bu sahədə çalışır. Adətən kənd təsərrüfatı yaratdığı əlavə dəyər baxımından digər sektorlarla müqayisədə sonuncu yerlərdə qərarlaşsa da, məşğul adambaşına düşən Ümumi Daxili Məhsul göstəricisi kifayət qədər yüksək olur".