SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Azad olunmuş ərazilərdə 90 kənd və qəsəbə planlaşdırılıb

Azad olunmuş ərazilərdə 90 kənd və qəsəbə planlaşdırılıb

  • 22 sentyabr 2025, 20:21

Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda 90 kənd və qəsəbə planlaşdırılıb.

Yurd.Media xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu gün genişmiqyaslı bərpa işləri həyata keçirilir və həmin ərazilərdə 12 şəhərin baş planı hazırlanıb:

"İndiyədək 28 yaşayış məntəqəsinə, o cümlədən 6 şəhərə keçmiş məcburi köçkünlər geri qayıdıb. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır".

A.Quliyev qeyd edib ki, son 4 ildə üç beynəlxalq hava limanı, 4 min kilometr yol və avtomagistral, yeni dəmir yolu infrastrukturu, yaşayış binaları, səhiyyə müəssisələri və təhsil ocaqları inşa olunub: "Azad edilmiş ərazilərin böyük bərpa olunan enerji potensialı var və bu ərazilər rəsmi olaraq "Yaşıl Enerji Zonası" elan edilib".

Prime Leasing
SPE Annual Caspian