SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Avtomobillərin cərimə meydançasına yerləşdirilməsi qaydasında DƏYİŞİKLİK

Avtomobillərin cərimə meydançasına yerləşdirilməsi qaydasında DƏYİŞİKLİK

  • 19 yanvar 2026, 13:32

Milli Məclisdə avtomobillərin cərimə meydançasına aparılması və yerləşdirilməsi qaydasında dəyişiklik olunacaq.

Yurd.Media xəbər verir ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilməsi və orada saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqqı ödədikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılacaq.

Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulmuşdursa, nəqliyyat vasitəsinin sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

Sənəddə qeyd edilib ki, nəqliyyat vasitəsinin mühafizə olunan duracaqda saxlanılması üçün haqq nəqliyyat vasitəsinin ora gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayacaq.

Dəyişikliyə görə, nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan inzibati xəta haqqında işin icraatına xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə, nəqliyyat vasitəsinin duracağa gətirilməsi va orada saxlanılması üçün ödənilmiş haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada nəqliyyat vasitəsinin sahibinə qaytarılacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları