SÜJET
Azərbaycanın Xalq artisti, tanınmış xanandə Arif Babayev dəfn edilib.
Yurd.Media xəbər verir ki, muğam ustası l Fəxri Xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində mədəniyyət naziri Adil Kərimli, dövlət rəsmiləri, mərhumun ailə üzvləri, yaxınları, sənət dostları iştirak ediblər.
A.Babayev akademik Xoşbəxt Yusifzadənin məzarı yanında dəfn olunub.
*** 13:44
Xalq artisti Arif Babayevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.
Yurd.Media xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli və müavinləri, ölkənin mədəni-ictimai xadimləri, mərhumun ailə üzvləri və sənət yoldaşları iştirak edirlər.
*** 11:32
Xalq artisti Arif Babayevlə vida mərasiminin yeri və saatı məlum olub.
Mədəniyyət Nazirliyindən Yurd.Media-ya verilən məlumata görə, mərasim saat 13:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Daha sonra xanəndə Fəxri xiyabanda dəfn olunacaq.