SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
ADY 29 iyunadək bəzi marşrutlara əlavə reyslər təyin etdi

ADY 29 iyunadək bəzi marşrutlara əlavə reyslər təyin etdi

  • 26 iyun 2025, 11:48

Artan sərnişin tələbatı nəzərə alınaraq 26-29 iyun tarixlərində Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı xətləri üzrə də əlavə reyslər təyin edilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY)Yurd.Media-ya verilən məlumata görə, ADY 26-29 iyun qeyri-iş günlərində gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.

Artan sərnişin tələbatı nəzərə alınaraq 25 iyunda Bakı–Balakən qatarına əlavə 8 vaqon qoşulub.

Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100% doluluqla yola düşüb.

Qeyd edək ki, həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir.

Prime Leasing