SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Abunəçilərdən qanunsuz su pulu yığılıb - HESABAT

Abunəçilərdən qanunsuz su pulu yığılıb - HESABAT

  • 26 sentyabr 2025, 22:34

Naxçıvanda yarımçıq qalmış su təmizləyici qurğu fəaliyyət göstərməsə də, bəzi ərazilərdə abonentlərə su ölçü cihazlarının quraşdırılması və əhalidən içməli suyun istifadəsinə görə vəsait toplanması aşkarlanıb.

Yurd.Media xəbər verir ki, bu məsələ Hesablama Palatasının apardığı auditdən sonra müəyyən olunub.

Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyində yoxlama zamanı audit qrupu suvarma suyunun mənbələrində verilən suyun həcminin ölçülməsi üçün hesablama həyata keçirib. Alınan nəticələrə əsasən Kənd Təsərrüfatı Nazirliyinin rəsmi məlumatı ilə müqayisə edildikdə 2023-cü ildə suvarma suyu üzrə itki tələb olunan suya nisbətdə 1,7 dəfə çox, 2024-cü ildə 1,4 dəfə çox olub.

Audit obyektinin ərazisində açıq havada yararsız vəziyyətdə olan 87 adda 115 ədəd böyük çəkili və əlvan metal tərkibli texnika və avadanlıqların olduğu, həmin əsas vəsaitlərin artıq istismar müddətini başa vurduğu müəyyən edilib, həmin texnika və avadanlıqların audit dövründə utilizasiyasının həyata keçirilməsinə nail olunub və utilizasiyadan əldə olunan vəsait büdcəyə ödənilib.

Prime Leasing