SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Heydər Əliyev 102” adlı ədəbi-bədii tədbir keçirilib

"Heydər Əliyev 102” adlı ədəbi-bədii tədbir keçirilib

Bakı

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şəhriyar adına Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 102 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev 102” adlı təntənəli ədəbi-bədii tədbir təşkil edilib.

Yurd.Media xəbər verir ki, tədbirin açılışında Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafında və müstəqil dövlət kimi formalaşmasında əvəzsiz xidmətlərindən danışıb.

"Belə tədbirlər gənclərə mədəniyyətimizi, Ulu öndər sevgisini aşılamaq üçün vacibdir. Biz eyni zamanda Ulu öndərimizin konstitusiyaya verdiyi töhfələri və 1995-ci ildə qəbul olunmuş konstitusiyanın gənclərə aşılanması və bu barədə fikirlərini çoxalması baxımından vacibdir".

Qeyd edək ki, tədbirdə tanınmış müğənnilərin və xalq artistlərinin çıxışları ilə yanaşı, gənclərin ifasında vətənpərvərlik ruhunda mahnılar, şeirlər və rəqs kompozisiyaları təqdim olunub.