SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Azərbaycan Ordusunda andiçmə mərasimləri - VİDEO

Azərbaycan Ordusunda andiçmə mərasimləri - VİDEO

  • 15 fevral 2026, 21:06

Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Müdafiə Nazirliyindən Yurd.Media-ya bildirilib ki, hərbi orkestrlərin müşayiəti ilə döyüş bayraqları sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, həmçinin Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, AzərbaycanIN Dövlət Himni səsləndirilib.

Təntənəli surətdə hərbi andı qəbul edən gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər.

Andiçmə mərasimləri hərbi qulluqçuların təntənəli marşlarla tribunaların önündən keçidləri ilə başa çatıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları