SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Göygöldə yük və minik maşınları toqquşdu: yeniyetmə yaralandı

Göygöldə yük və minik maşınları toqquşdu: yeniyetmə yaralandı

  • 15 fevral 2026, 23:57

Göygöldə yük və minik avtomobilləri toqquşub, bir nəfər xəsarət alıb.

Yurd.Media "Oxu.Az"a istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili AVİA markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü, 2010-cu il təvəllüdlü T.Babakişiyev ağır xəsarət alıb. 16 yaşlı gənc xəstəxanaya aparılaraq müalicəyə alınıb.

Zərbə nəticəsində VAZ-2107 avtomobili ciddi ziyan görərək yararsız vəziyyətə düşüb.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırmalar davam edir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları