"BakıKart" 11 ildən sonra kartların qiymətini 50% qaldırıb.
"K Group" Bakıkart MMC-dən Yurd.Media-ya bildirilib ki, bu kartlar 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və ötən müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib.
Bildirilib ki, ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanlarının genişləndirilməsi, xidmət keyfiyyətinin artırılması və kart infrastrukturunun davamlı inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 1 iyul 2026-cı il tarixindən etibarən BakıKart kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişdiriləcək.
Qeyd olunub ki, on illər ərzində ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanları əhəmiyyətli dərəcədə genişləndirilib. Sərnişinlər hazırda BakıKart kartları ilə yanaşı, NFC texnologiyası vasitəsilə bank kartları, mobil cihazlar və QR kod üzərindən də ödəniş həyata keçirə bilirlər.
Kartın balansı və gediş haqları ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur. Dəyişiklik yalnız yeni əldə edilən BakıKart kartlarının satış qiymətinə aiddir.