SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Vətəndaş cəmiyyəti nümayəndələri test imtahanını izlədi - FOTO

Vətəndaş cəmiyyəti nümayəndələri test imtahanını izlədi - FOTO

  • 09 iyun 2026, 18:49

QHT nümayəndələri üçün Milli Observatoriyada vakant yerlərə işə qəbul məqsədilə iki mərhələdə təşkil edilən müsabiqələrə dair təqdimat edilib.

Yurd.Media xəbər verir ki, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvlərinin Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya infoturu təşkil olunub.

İnfotur çərçivəsində iştirakçılar Nazirliyin tabeliyindəki publik qurumlarda vakant vəzifələrin tutulması üçün Milli Observatoriyanın Qiymətləndirmə Mərkəzində keçirilən müsabiqələrin test imtahanı mərhələsini izləyiblər.  

QHT nümayəndələri ilə keçirilən görüşdə Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova qeyd edilən vakant yerlərə işə qəbul prosesi və  Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli Qiymətləndirmə Mərkəzinin fəaliyyəti barədə məlumat veriblər.

Vakant yerlərə işə qəbul məqsədilə iki mərhələdə təşkil edilən müsabiqələrə dair təqdimat edilib. Bu prosesdə tətbiq olunan qiymətləndirmə mexanizmləri və şəffaflıq prinsipləri, bütün mərhələlərdə obyektivlik və bərabər imkanların təmin olunmasının əsas hədəf olduğu diqqətə çatdırılıb.

Bildirilib ki, müsabiqənin imtahan mərhələsində namizədlərə 50 test sualı təqdim olunur. Bu suallar namizədlərin peşə biliklərini, analitik düşünmə qabiliyyətini və vəzifəyə uyğunluğunu qiymətləndirmək məqsədi daşıyır.

İnfotur iştirakçılarına müsabiqənin müsahibə mərhələsi haqqında da məlumat verilib. Bildirilib ki, bu mərhələdə namizədlərin kommunikasiya bacarıqları, peşəkar hazırlığı və işə uyğunluğu daha dərindən qiymətləndirilir.

Sonda QHT nümayəndələrinin sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları