Bakının Xətai rayonu, Cavaşir 32a ünvanında yerləşən "Olympus MTK"nın nin tikdiyi və 2022-ci ildə təhvil veriləcəyi deyilən binanın həyətində hələ də qazıntı işləri aparılır. Bu da sakinlərin narazılığna səbəb olur.
Yurd.Media xəbər verir ki, sakinlər həyətdə uşaqlar üçün əyləncə, istirahət yerinin olmasını istəyirlər. Lakin, işlərin ləngiməsi buna əngəl olur.
"Xəzər Xəbər"in əməkdaşları məsələ ilə bağlı gün ərzində sözügedən tikinti şirkəti ilə dəfələrlə əlaqə saxlamağa çalışılsa da, zənglərə cavab verilməyib.
Sakinlər isə ümid edirlər ki, məsələ ictimailəşəndən sonra problemləri tezliklə həll olunacaq.