SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Məsciddə azyaşlılara dini dərnək təşkil edən CƏZALANDIRILDI

Məsciddə azyaşlılara dini dərnək təşkil edən CƏZALANDIRILDI

  • 25 iyul 2026, 18:28
Astara

Astara rayonunda məsciddə azyaşlılara dini dərnəklər təşkil edən şəxs müəyyən edilib.

Yurd.Media xəbər verir ki, 1985-ci il təvəllüdlü şəxs rayonun Şahağacı məscidində azyaşlılara dini dərnək təşkil edib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsi ilə protokol tərtib edilib.

Həmin şəxs izahatında göstərib ki, heç bir dərnək və dərs təşkil etməyib, uşaqlar yaxınlaşaraq ərəb hərfləri öyrənmək istədiklərini bildirib, o da bildiklərini onalara öyrətməyə çalışıb.

Astara Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 1500 manat miqdarında cərimə olunub.//Teleqraf

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları