“PAŞA Bank” ASC yeni səhmlərinin əldə edilməsinə dair bağlanılmış daha 2 insayder əqdini ictimailəşdirib.
Yurd.Media xəbər verir ki, Bank bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində məlumat verib.
“Qiymətli kağızlar haqqında” qanuna uyğun olaraq yerləşdirilmiş məlumatda söhbət “PAŞA Bank”da müxtəlif vəzifələr tutan şəxslərin Bankda pay almasından gedir.
Məsələn, həmin şəxslərdən biri kredit təşkilatının baş mühasibi Rəşad Məmmədovdur. O, 2 200 manat ödəyərək Bankın nominal dəyəri 20, bazar dəyəri isə 55 manatdan 40 ədəd səhmini əldə edib.
Bundan başqa, “PAŞA Bank”ın Korporativ və İnstitusional Bankçılıq üzrə Trayb Lideri Zaur Abdullayev 535 manat ödəyərək Bankın nominal dəyəri 20, bazar dəyəri isə 53,5 manatdan 10 ədəd səhmini əldə edib.