SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
İlham Əliyev: Mənəvi dəyərlərə sadiqlik başlıca tendensiyadır

İlham Əliyev: Mənəvi dəyərlərə sadiqlik başlıca tendensiyadır

  • 17 sentyabr 2026, 14:54

Azərbaycan Prezidenti TDT üzvü olan ölkələrdə sabitliyi pozmaq cəhdlərinin davam etdiyi vurğulayıb.

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıca tendensiyadır".

Yurd.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən bildirib.

Dövlət başçısı vurğulayıb ki, buna zərər vurmağa çalışan hər şey cəmiyyət tərəfindən son dərəcə mənfi qarşılanır. Lakin bu, bütün işlərin başa çatdırıldığı anlamına gəlmir, çünki TDT üzvü olan ölkələrdə sabitliyi pozmaq cəhdləri davam etdiriləcək.

O vurğulayıb ki, Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir.

"Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratmışıq", - deyən dövlətimizin başçısı bildirib ki, qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər olunması prosesi fəal şəkildə davam edir.

Prezident İlham Əliyev, həmçinin vurğulayıb: "Yəni ölkəmizin ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib. Bu, açıq çıxışlarımda dəfələrlə ifadə etdiyim kimi, bizim əsas xarici siyasət prioritetimizdir. O cümlədən demişəm ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur".

Skat.az - Ev və Avtomobil elanları