SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
BÖYÜK QAYIDIŞ: 10 kəndə köç baş tutdu

BÖYÜK QAYIDIŞ: 10 kəndə köç baş tutdu

  • 24 iyul 2026, 18:24

Bu gün işğaldan azad olunandan sonra bərpa olunan daha 10 kəndə növbəti köç həyata keçirilib.

Yurd.Media xəbər verir ki, Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonun Şükürbəyli, Ağdərənin Həsənriz, Kolatağ, Aşağı Oratağ, Vəngli, Xocalının Təzəbinə, Badara, Xanabad, Daşbulaq və Seyidbəyli kəndlərinə növbəti köç karvanı gəlib.

Bu mərhədə Cəbrayılın Şükürbəyli kəndinə 12 ailə, 55 nəfər köçürülür.

Ağdərənin Aşağı Oratağ kəndinə 10 ailə, 34 nəfər, Vəngli kəndinə 6 ailə, 26 nəfər, Həsənriz kəndinə 6 ailə, 17 nəfər, Kolatağ kəndinə 3 ailə, 19 nəfər yola salınıb.

Həmçinin Xocalının Xanabad kəndinə 10 ailə, 31 nəfər, Təzəbinə kəndinə 9 ailə, 39 nəfər, Badara kəndinə 6 ailə, 24 nəfər, Daşbulaq kəndinə 2 ailə, 7 nəfər, Seyidbəyli kəndinə 1 ailə, 5 nəfər köçürülür.

Sakinlərə evlərinin açarları təqdim olunub.

Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları