Goranboy rayon İcra Hakimiyyətində Aparat iclası keçirilib
Yurd.Media xəbər verir ki, Rayon İcra Hakimiyyəti Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə keçirilən iclasda vətəndaş müraciətlərinə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılmasının vəziyyəti müzakirə olunub.
Xüsusən Şəhid ailələri və Qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin təmin edilməsi tapşırılıb.
Həmçinin icladda səyyar qəbullarda edilən müraciətlərin təhlili və yerində araşdırılması, DNİS üzrə tapşırıqların icra vəziyyəti də araşdırılıb.
Eyni zamanda əsas turizm marşurutları üzrə yolkənarı ərazilərdə abadlıq işlərinin və yeni salınmış yaşıllıq zolaqlarına aqrotexniki qulluğun davam etdirilməsi və bu istiqamətlərdə verilmiş tapşırıqların icrası vəziyyəti müzakirə olunub.
