Bakı Slavyan Universitetinin (BSU) “Leqo group” şirkəti ilə təmir işləri ilə bağlı müqavilə bağlayıb.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, müqavilə ilə BSU tədris binalarının və yataqxanasının cari təmir işləri görüləcək.
Dövlət satınalmalarının vahid internet portalında bildirilir ki, bu işlərə 1 433 910 manat vəsait sərf ediləcək.
Ali təhsil müəssisəsi bununla əlaqədar hazırlıq işlərini yekunlaşdırıb.