SÜJET

Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi
“Bakcell” süni intellekt təlimi təşkil etdi

“Bakcell” süni intellekt təlimi təşkil etdi

  • 21 may 2025, 12:13

"Bakcell" media nümayəndələrinə “Süni intellektin iş mühitində tətbiqi" mövzusunda növbəti təlim təşkil edib.

Yurd.Media xəbər verir ki, Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü çərçivəsində keçirilən tədbirdə 50-dən çox media nümayəndəsi iştirak edib.

Təlimin əsas məqsədi jurnalistləri süni intellekt sahəsində ən son trendlər ilə tanış etmək, dəyişən dünyada innovasiya və son dövr yeniliklərin mediada tətbiqi ilə bağlı praktik tövsiyələr vermək olub. Təlim zamanı süni intellektin telekommunikasiyada rolu və “Bakcell”in süni intellekt əsaslı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumat verilib. Tədbir çərçivəsində iştirakçılar süni intellektin  kommunikasiya sahəsində istifadəsinə dair əhatəli biliklər qazanıblar.

Şirkətdən bildirilib ki, bu təşəbbüs “Bakcell”in innovasiya və süni intellekt strategiyası çərçivəsində rəqəmsal həllərin cəmiyyət üçün faydaya çevrilməsi istiqamətində atdığı ardıcıl və məqsədyönlü addımların növbəti nümunəsidir.