SÜJET

Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Rusiyada azərbaycanlılara qarşı vəhşilik
Binədə tullantı sularını nəzarətsiz axıdan fabrik aşkarlanıb

Binədə tullantı sularını nəzarətsiz axıdan fabrik aşkarlanıb

  • 07 avqust 2025, 19:33
Bakı

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fabrikin fəaliyyəti zamanı formalaşan istehsalat tullantı suları qanunvericiliyin tələblərinə uyğun idarə olunmadığı aşkarlanıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən (SİMDNX) Yurd.Media-ya verilən məlumata görə, qurum tərəfindən keçirilən nəzarət tədbirləri nəticəsində pozuntular “ARKA” MMC Kağız və kardon fabrikinin fəaliyyətində  aşkar olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq akt və İnzibati Xəta haqqında Protokol tərtib olunub, digər toplanmış materiallarla birlikdə Xəzər rayon Məhkəməsinə təqdim edilib.

Məhkəmənin qərarına əsasən, “ARKA” MMC təqsirli bilinərək barəsində 10 500 manat məbləğində inzibati cərimə tətbiq edilib.

ADSEA bir daha bütün hüquqi və fiziki şəxsləri su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə ciddi riayət etməyə çağırır.

Prime Leasing