Yəhudilərin müqəddəs bayramı Oğuzda qeyd edilib.
Azərbaycanda 7 müxtəlif bölgədə sinaqoqlar fəaliyyət göstərir. Onlardan 2-si Oğuz rayonunda yerləşir.
Yurd.Media "İTV"yə istinadən bildirir ki, belə mərasimlərdə adət kimi hər iki xalqın şəhidləri yad edilir və ruhlarına dua oxunur.
Oğuz şəhər Yəhudi Dini İcmasının sədri Şirin Şuminov bildirir ki, bu bayramın 4 təyinatı var. Onlardan birincisi Misir əsarəti zamanı Allahın yəhudiləri qoruması, yəhudilərin problemlərdən yan keçməsidir.
Yəhudi icmasının üzvləri rayonda məscidin bərpasında yaxından iştirak ediblər.
İcma üzvü Abram Abramov bildirir ki, bayramımızın simvollarından biri məsə çörək əvəzi, milli xörəyimiz xöyəquş və giləmeyvələrin qarışımı olan xasurut.
Digər icma üzvü Rasim Mikayılov bildirir ki, Oğuzda iki yəhudi sinaqoqu var. Bunlardan biri 1849-cu ildə digəri isə 1897-ci ildə yaradılıb. 1849-cu ildə yaradılan sinaqoq təmirdən sonra 1994-cu ildə 60 ölkənin iştirakı ilə açılış edilib.