SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Rasim Balayevin yerini Şəfiqə Məmmədova tutdu

Rasim Balayevin yerini Şəfiqə Məmmədova tutdu

  • 11 sentyabr 2026, 13:46

Rasim Balayev yerinə Azərbaycan Kinematoqrafçılar İttifaqına rəhbər seçilib.

Yurd.Media xəbər verir ki, xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının bugünkü konfransında səsvermə nəticəsində sədri seçilib.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub. O, bu ilin martında vəfat edib.

Şəfiqə Haşım qızı Məmmədova 1945-ci ildə Dərbənddə anadan olub. Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1982), SSRİ (1981) və Azərbaycan SSR (1980) dövlət mükafatları laureatına layiq görülüb. Şəfiqə Məmmədova "Qaraca Qız" (Qız), "Dədə Qorqud" (Burla xatun), "İstintaq" (Gülya), "Bizim Cəbiş müəllim" (Cəbişin arvadı), "Ad günü" (Fəridə), "Çarvadarların izi ilə" (Səriyyə) bədii filmlərinə çəkilib. Prezident İlham Əliyevin 29 mart 2025-ci il tarixli Sərəncamı ilə Şəfiqə Məmmədova Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilib.

Skat.az - Ev və Avtomobil elanları