SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Kamançanın dövlət standartı qəbul olundu

Kamançanın dövlət standartı qəbul olundu

  • 20 iyul 2026, 21:12

Azərbaycan xalq çalğı alətlərinin qorunması və inkişafı, standartlaşdırmanın müasir tələblərə və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması ilə bağlı növbəti tədbir keçirilib.

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutundan (AZSTAND) Yurd.Media-ya bildirilib ki, "Azərbaycan xalq çalğı alətləri" standartlaşdırılma üzrə Texniki Komitəsinin (AZSTAND/TK 44) növbəti iclasında konsensus əsasında təsdiqlənib.

Məlumata əsasən, iclasda Mədəniyyət Nazirliyi və AZSTAND-ın nümayəndələri ilə yanaşı, Azərbaycan Milli Konservatoriyasının Milli Musiqi Alətlərinin Təkmilləşdirilməsi Elmi-Tədqiqat Laboratoriyasının, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin nümayəndələri, eləcə də ekspertlər, musiqişünaslar və kamança ifaçıları iştirak ediblər.

İclasda həmçinin AZSTAND/TK 44-ün strukturu və yeni üzvlərin komitəyə qəbulu məsələləri müzakirə edilərək səsverməyə çıxarılıb.

Qeyd edək ki, Texniki Komitənin yaradılmasında məqsəd Azərbaycan xalq çalğı alətlərinin qorunması və inkişafı, mədəni irsin gələcək nəsillərə ötürülməsi, standartlaşdırmanın müasir tələblərə və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması, eləcə də bu sahədə normativ sənədlər bazasının formalaşdırılmasıdır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları