Gəncədə milli musiqi nümunələrindən ibarət konsert baş tutub.
Yurd.Media xəbər verir ki, xüsusi konsert proqramı Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim edilib.
Konsertdən əvvəl Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Aygün Səmədzadə çıxış edərək bu tədbirin həm yerli, həm də beynəlxalq səviyyədə musiqi və mədəniyyət əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyəti olduğunu söyləyib.
Tədbirdə xalq çalğı alətləri dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərini və Azərbaycanın digər milli musiqi nümunələrini ifa edib. Orkestrin bədii rəhbəri və dirijoru Xəyal Qəhrəmanovdur.