SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Gəncədə Əzim Əzimzadənin yubileyinə həsr olunmuş sərgi

Gəncədə Əzim Əzimzadənin yubileyinə həsr olunmuş sərgi

  • 25 may 2025, 14:59
Gəncə

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində tanınmış rəssam, Azərbaycan karikatura sənətinin banisi Əzim Əzimzadənin 140 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub.

Yurd.Media xəbər verir ki, sərgidə Gəncənin istedadlı rəssamları Mehdi Hüseynov, Cavanşir Məmmədov, Sevil Əliyeva, Aynur Hüseynzadə, Jalə Namazova, Mədinə Məmmədova və Sailə Əzizova öz əsərləri ilə iştirak ediblər.

Görkəmli rəssam Əzim Əzimzadənin əziz xatirəsinə həsr olunmuş sərgidə portret, peyzaj, natürmort janrında 32 rəngkarlıq nümunəsi nümayiş etdirilib.

Prime Leasing