SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“Yelo Bank”ın xalis mənfəəti 40%-dən çox azalıb

“Yelo Bank”ın xalis mənfəəti 40%-dən çox azalıb

  • 14 aprel 2026, 17:47

"Yelo Bank" ASC bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, bank yanvar-mart aylarında 6,7 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 40,3% azdır.

Bu il aprelin əvvəlinə "Yelo Bank"ın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 20% çox – 1 512,8 milyon manat, o cümlədən xalis kredit portfeli 12,2% çox – 1 053,1 milyon manat təşkil edib.

Bankın öhdəlikləri 1 329,7 milyon manat (20,2 % çox), o cümlədən depozit portfeli 1 064,2 milyon manat (16,5% çox), balans kapitalı isə 183,1 milyon manat (18,1% çox), o cümlədən nizamnamə kapitalı 378 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları