SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
“Yapı Kredi Bank Azərbaycan” mənfəət vergisi ödəmələri ən çox azalmış bankdır

“Yapı Kredi Bank Azərbaycan” mənfəət vergisi ödəmələri ən çox azalmış bankdır

  • 26 avqust 2025, 14:08

Bu ilin I yarısında Azərbaycandakı 22 bankdan 8-i mənfəət vergisi ödəməyib.

Yurd.Media-nın apardığı araşdırmaya görə, bunlar, “AFB Bank”, “Bank Avrasiya”, “Bank BTB”, “Bank VTB Azərbaycan”, İran Milli Bankının Bakı filialı, “Premium Bank”, “Rabitəbank” və “Turan Bank”dır.

Qalan 14 bank isə müxtəlif məbləğlərdə mənfəət vergisi ödəyib.

Ən çox vergi ödəmiş bank “Kapital Bank” (37,6 milyon manat), ən az ödəmiş bank isə “Azərbaycan Sənaye Bankı” (ASB, 0,7 milyon manat) olub. 14 bankdan 7-nin mənfəət vergisi ödəmələri ötən ilin eyni dövrü ilə müqayisədə artıb, 5-nin azalıb, 2 bank isə 1 il bundan əvvəl vergi ödəmədikləri üçün onların bu kateqoriya üzrə maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Mənfəət vergisi ödəmələri ən çox artmış bank “Access Bank” (2 dəfə), ən az artmış bank “Kapital Bank” (9,9%), vergi ödəmələri ən çox azalmış bank “Yapı Kredi Bank Azərbaycan” (44,3%), ən az azalmış bank isə ASB (1,8%) olub.

Prime Leasing