SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Prior Leasingə 1 milyon manat pul lazımdır

"Prior Leasing"ə 1 milyon manat pul lazımdır

  • 03 mart 2026, 18:39

"Prior Leasing" ASC 1 milyon manatlıq istiqraz emissiyası elan edib.

Yurd.Media xəbər verir ki, şirkət istiqrazlarının emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib.

Sənədə əsasən, hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazın kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur.

Qiymətli kağızlar 1 il tədavüldə olacaq.

Onlara illik 15% gəlirlilik vəd olunur. Faizlər 1 aydan bir ödəniləcək.

Yerləşdirmə üzrə anderrayter "Assist Finance İnvestisiya Şirkəti" ASC-dir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları