"Xəzər Kredit İttifaqı" MMC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 84 min manat xalis mənfəət əldə edib.
Bu, əvvəlki illə müqayisədə 2,7 % azdır.
Bu ilin əvvəlinə "Xəzər Kredit İttifaqı"nın aktivləri ötən ilin əvvəlinə nisbətən 12,4% çox - 987 min manat, o cümlədən kredit portfeli 8,5% çox - 903 min manat təşkil edib. Kredit təşkilatının öhdəlikləri 258 min manat (33,7% çox), balans kapitalı isə 729 min manat (6,4% çox), o cümlədən Onun nizamnamə kapitalı 67 min manat (dəyişməyib) olub.