SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Kəpəz BOKT ötən ilin maliyyə hesabatını verib

"Kəpəz" BOKT ötən ilin maliyyə hesabatını verib

  • 01 may 2026, 11:19

"Kəpəz" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb. 

Yued.Media xəbər verir ki, kredit təşkilatı ötən il 2,1 milyon manat xalis mənfəət əldə edib. 

Bu, əvvəlki illə müqayisədə 14,3 % çoxdur. 

Bu ilin əvvəlinə "Kəpəz"in aktivləri ötən ilin əvvəlinə nisbətən 22,1% çox - 14,8 milyon manat, o cümlədən kredit portfeli 14,7% çox - 12,2 milyon manat təşkil edib.

BOKT-un öhdəlikləri 7,35 milyon manat (8,2% çox), balans kapitalı isə 7,45 milyon manat (39,9% çox), o cümlədən nizamnamə kapitalı 5 milyon manat (2,5 dəfə çox) olub. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları