Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycan Mərkəzi Bankına (AMB) tövsiyyə edib ki, ölkədə qiymət artımı sürətlənsə uçot dərəcəsini artırsın.
Yurd.Media xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.
Açıqlamanı IMF-in AMB-yə işini öyrətməsi kimi də qiymətləndirmək olar. Məsələ ondadır ki, AMB ölkədə qiymətlərin tənzimlənməsinə - inflyasiyanın cilovlanmasına birbaşa cavabdeh olan qurumdur və uçot dərəcəsi onun əlində qiymət artımına qarşı əsas alətdir.
Vaxtaşırı bu alətdən istifadə olunur.