"Azmikroinvest" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Kredit təşkilatı ötən il 0,3 milyon manat xalis mənfəət əldə edib.
Bu, əvvəlki illə müqayisədə 22,3 % çoxdur.
Bu ilin əvvəlinə "Azmikroinvest"in aktivləri ötən ilin əvvəlinə nisbətən 22,8% çox – 2,7 milyon manat, o cümlədən kredit portfeli 16% çox – 2,4 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 0,45 milyon manat (32,8% çox), balans kapitalı isə 2,25 milyon manat (20,9% çox), o cümlədən nizamnamə kapitalı 2 milyon manat (20,7% çox) olub.