BOKT nizamnamə kapitalını 3,7 dəfə artırıb.
"NEO Bank Olmayan Kredit Təşkilatı" Açıq Səhmdar Cəmiyyəti nizamnamə kapitalını kəskin şəkildə artırıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət nizamnamə kapitalını 1 milyon manat artıraraq 1 milyon 373 min manata çatdırıb.
Xatırladaq ki, "Finans İnvest" adı altında 2007-ci ildə yaradılıb. Bu ilin yanvarın əvvəlində şirkət rebrendinq edərək adını və təşkilati-hüquqi formasını dəyişib və "NEO" ASC-yə çevrildiyini elan edib. Həmin dövrdə BOKT rəhbər vəzifəsində Ceyhun Əhmədovun əvəzinə Anar Məmmədov təyin edilib.