SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
“Xalq Bank”ın xüsusi ehtiyatlara ayırmaları 6 dəfədən çox artıb

“Xalq Bank”ın xüsusi ehtiyatlara ayırmaları 6 dəfədən çox artıb

  • 21 avqust 2025, 11:01

Bu ilin I yarısında Azərbaycandakı 22 bankdan 5-nin xüsusi ehtiyatlara ayırmaları 10 milyon manatdan çox olub.

Yurd.Media apardığı araşdırmaya görə, bunlar, “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank”, “Unibank”, “PAŞA Bank” və “Turan Bank”dır. Bu bankların cəmi xüsusi ehtiyatlara ayırmaları 170 milyon manat olub.

Hesabat dövründə 11 bankın xüsusi ehtiyatlara ayırmaları 10 milyon manatdan az olub. 6 bank isə xüsusi ehtiyatlara ayırmalar üzrə qənaət edib.

Son 1 ildə 22 bankdan 8-nin xüsusi ehtiyatlara ayırmaları artıb, 4-nün isə xüsusi ehtiyatlara ayırmaları azalıb. Artımın ən yüksək həddi “Xalq Bank”da (6,4 dəfə çox), ən aşağı həddi “Rabitəbank”da (18,6%), azalmanın isə ən yüksək həddi “Zıraat Bank Azərbaycan”da (27,5%), ən aşağı həddi isə “Kapital Bank”da (8,5%) qeydə alınıb.

İl ərzində 1 bank – “Yelo Bank” xüsusi ehtiyatlara ayırmalar üzrə qənaətini 14,7% artırıb, 3 bank – İran Milli Bankının Bakı filialı, “Bank of Baku” və “Bank VTB Azərbaycan” isə xüsusi ehtiyatlara ayırmalar üzrə qənaətini müvafiq olaraq 41%, 79,6% və 83,3% azaldıb.

Hesabat dövründə 6 bankdan xüsusi ehtiyatlarla bağlı vəziyyəti əks istiqamətdə dəyişdiyindən onların bu kateqoriya üzrə dinamikasını hesablamaq mümkün olmayıb.

Prime Leasing