"Xalq Bank" ASC 2025-ci ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Bank 9 ayda 51,5 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% azdır.
Bu il oktyabrın əvvəlinə "Xalq Bank"ın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 23,4% çox - 3 631 milyon manat, o cümlədən kredit portfeli 5,8% az – 1 777,2 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 3 096,8 milyon manat (26,8% çox), o cümlədən depozit portfeli 1 842,5 milyon manat (7% az), balans kapitalı isə 534,2 milyon manat (6,8% çox), o cümlədən nizamnamə kapitalı 446,6 milyon manat (22,4% çox) olub.