"PAŞA Bank" ASC 2025-ci ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Bank 9 ayda 132,8 milyon manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% azdır.
Bu il oktyabrın əvvəlinə "PAŞA Bank"ın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 4,2% çox - 8 932,5 milyon manat, o cümlədən kredit portfeli 3,7% çox - 3 258,95 milyon manat təşkil edib. Bankın öhdəlikləri 7 936,3 milyon manat (2,6% çox), o cümlədən depozit portfeli 6 766,2 milyon manat (1% az), balans kapitalı isə 996,2 milyon manat (18,8% çox), o cümlədən nizamnamə kapitalı 354,5 milyon manat (dəyişməyib) olub.