SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Azərbaycanın 2026-cı il üçün büdcəsi ilkin variantla müqayisədə artırılıb

Azərbaycanın 2026-cı il üçün büdcəsi ilkin variantla müqayisədə artırılıb

  • 16 oktyabr 2025, 09:24

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsinin gəlir və xərcləri ilkin variantla müqayisədə müvafiq olaraq 186 milyon manat və 155 milyon manat artırılıb.

Yurd.Media xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Sənədə əsasən, gələn il büdcə gəlirlərinin 38 609 milyon manat (bu ilin təsdiq olunmuş proqnozuna nisbətən 0,7% çox), xərclərinin isə 41 703,6 milyon manat (0,7% çox) olacağı gözlənilir.

Son nəticədə dövlət büdcəsində 3 094,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 1,4% çoxdur.

2026-cı ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin isə ilkin variantla müqayisədə 144,1 milyon manat çox - 44 969,4 milyon manat, xərclərinin isə 156,2 milyon manat çox - 48 839,3 milyon manat olacağı gözlənilir.

Bunlar, 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 2,3% və 2,5% çoxdur.

Son nəticədə icmal büdcədə 3 869,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 5,2% çoxdur. 

Prime Leasing